Ətir insanın əhval-ruhiyyəsini, onun xasiyyətini, həyat tərzini, zövqləri haqqında bizə məlumat verir. Böyük Pablo Pikassonun qızı dizayner Paloma Pikasso təsadüfi olaraq deməyib ki, “ətir – şəxsiyyətin avtoqrafıdır”. “Estée Lauder” Korporasiyasının böyük vitse-prezidenti Evelin Lauder isə öz növbəsində belə hesab edirdi: “Qoxu qadın haqqında hətta onun müəyyən səbəblər və ya düşüncələrdən özü barədə deyə bilmədiyini söyləyir”. Bir çox insan bütün həyatını daim arzuladığı ətir axtarışında keçirir.

Ətrin seçimi mövzusuna çoxsaylı kitab, məqalələr, təlimlər həsr edilib. Fransız ətriyyatçısı Romano Ricci ətirlərin köməkliyi ilə kişiləri valeh etmənin yollarını açıqlayıb: «Mən düşünürəm ki, hər bir qadının müxtəlif cəhətləri var. Bir görüşə incə və məsum ətir vuraraq get, növbəti görüşə isə hissiyyatlı və cəzbedici parfüm seç. Bu çox maraqlıdır və insanı həyəcanlandırır.” Ətriyyatçılar təsdiq edirlər ki, qadının ən azı üç ətri olmalıdır. Biri — işdə, ikincisi — kampaniyada, gecədə və üçüncüsü — ikilikdə romantik axşamda. Bundan başqa, həyatda baş vermiş hər hansı xoş hadisəni xatırladan ruh üçün ətirlər də məsləhət görülür.
İnsanın həyat tərzi də ətir seçiminə təsir göstərir: dinamik, fəal insanlar təravətləndirici, sərinləşdirici ətirlərə üstünlük verirlər. Özünə qapanan, sakit insanlar – mürəkkəb, təkrarolunmaz Şərq qoxularından valeh olurlar.
Ətir alarkən, onun özünü tam büruzə verməsi üçün bir sutka gözləyin. Ətirlərin qoxusu, çiçək kimi tədricən açılır. Ona görə də qoxu haqqında ilk təəssüratdan mağazaya qaçıb onu almaqa tələsməyin. Azərbaycanda da bir sıra parfüm mağazaları var ki, öz ətirləri ilə seçilirlər. Məsələnin aktuallığını nəzərə alaraq Səs İnformasiya Agentliyi olaraq paytaxtda yerləşən bir sıra parfüm mağazalarına üz tutduq.

İlk olaraq "Malakan bağı"-nın yaxınlığında yerləşən "Ətirşah" mağazasına üst tutduq. Mağazanın meneceri Fərid Həsənovun dediklərinə görə, burada 2 mindən çox ətirlər mövcuddur: “Ətirlərimiz əsasən Avropadan yəni Türkiyə, Fransa, İspanya, İsveçrə, İngiltərədən gətirilir. Qiymətlərimiz qramlara görə dəyişir. 2015-ci ildən fəaliyyət göstəririk və buna görə də daimi müştərilərimiz var.

Alıcılar əsasən qiymətə fikir verirlər və daha çox hansı ətirlərin ki, reklamı daha güclüdür, onlara üstünlük verirlər. Əsl ətirlərin qalıcılıq səviyyəsi 6-7 saat ərzində olur. Bizdə də, ətirlərin qalıcılıq səviyyəsi eyniylə elədir”.

Daha sonra "Tarqovu" küçəsində "İydə" parfummağazasına yaxınlaşdıq. Mağazada satış təmsilçisi Aytən Hüseynovanın verdiyi məlumata əsasən özlərinə məxsus özəl kolleksiyaları var: “Bu kolleksiyalara "Yeddi gözəl" və Qarabağın bölgələrinin adlarına məxsusdur. Bu seriyaların hər birinin özəl qablaşdırması var. Hər birinin 50 ml-si 95 manatdır. Bununla yanaşı digər məşhur brendlərə məxsus ətirlərdə var. Ətirlərimiz keyfiyyətinə və qalıcılığına görə digər mağazalardan fərqlənir. Təxmini 15 yerdə mağaza şəbəkələrimiz mövcuddur”.
Həmin ərazidə yerləşən "Nərgiz shop" mağazasına da üz tutduq. Satıcı Səkinə Əliyevanın sözlərinə görə mağazada həm orjinal, həm də eyn zaman dubay variantı olan ətirlər var: “Hansı ki, seriya nömrələri orjinal ilə birə-bir eynidir, qoxularıda fərqlənmir. Çox insan elə zənn edir ki, dubay variantlı ətirlərin qoxuları qalmır, lakin bu belə deyil. Müştərilərimiz montale, victoria secret və s. kimi duxulara üstünlük verirlər. Orjinal ətirlərimiz əsasən Amerikadan sifarişlə gətirilir. Müəyyən müştərilərimiz var ki, sırf o ətirlərdən istəyirlər. Qiymətlər 18 manatdan başlayaraq artır”.

Sonra isə “28 may” ərazisində yerləşən "D&P" ətir mağazasına getdik. Burada 400 yaxın ətir çeşidləri var idi. Türkiyədən rəsmi gələn bu ətirlərin bitmə tarixləri var. Hər parfümə uyğun olaraq öz tarixləri vardır. Hər kəsin cibinə uygun olaraq standart qiymətlərimiz var. Əsasən alıcılar cəlbedici, tünd və daha çox yayılan ətirlərə üstünlük verirlər. Pandemiyadan əvvəl satışımız daha yüksək idi. Çünki turistlər daha çox gəlirdilər. Amma indidə satış səviyyəsi normaldır. Bizim əsas məqsədimiz müştərilərin bizdən məmnun qalmasıdır. Məhz müştərilər ilə rəftarımıza görə bir çox mağazalardan fərqlənirik.
Yasamalda yerləşən "Soel" ətir mağazasının parfüm eksperti İbrahim Babayevin dediklərinə görə, mağazalarında bədən və maşın üçündə parfümlər var: “Eyni zamanda evin havasını təmizləmək üçün ətirli çubuqlarda mövcuddur. Onun sözlərinə görə, insanlar qış aylarında daha tünd, yay fəslində isə daha çox sərin iylərə üstünlük verirlər. "Soel" parfüm mağazası Azərbaycanda və Türkiyənin bir çox yerlərində satış məntəqələri fəaliyyət göstərir. Məlumdur ki, pandemiya bir çox yerlərə təsir etdiyi kimi bizim firmadan da, yan keçməmişdir. Lakin şükürlər olsun ki, artıq əvvəlki vəziyyətə geri dönmüşük. Ətirlərin qalıcılıgı onun xüsusiyyətinə görə dəyişir”.

Bu mövzu ilə bağlı sosioloq Rəna Əliyeva öz fikirlərini bildirib: “Düşünürəm ki, parfümlər hər bir insan üçün fərdi olmalıdır. Çünki ətirlər hər kəsə eyni təsir bağışlamır. Parfüm insan bədəninə təmas etdikdə hər bədəndən fərqli qoxu gəlir. Ətirlərin qalıcılıq müddəti insan dərsinin yağlı və quru olmasından asılıdır. Mən sərt və şirin iyli notalardan ibarət olan parfümləri sevirəm. Eyni zamanda ətir alarkən öz xarakterimə uyğunlaşdırmaga çalışıram. Xarakterimdəki səmimilik xüsusiyyətini şirin notalarla, sərtlik və ciddilik xüsusiyyətimi isə kəskin iylərlə vurğulayıram. Ətir alarlən onun məşhurlugundam daha çox onun sizə hansı hissləri oyatdığına fikir verməlisiniz, yəni bir növ həmin qoxuda özünüzü tapmalısınız. Modanın etika qaydalarında ətirlərin gündüz vurulması məsləhət görülmür. İnsanlar ətir vurarkən onun ətrafa yayılmasını istəyirlər, lakin bu yalnış yanaşmadır. Çünki qoxu bir insana təmas edərkən həmin insanın sizin qoxunuzu hiss etməsi üçündür”.
Mövzu ilə bağlı şəhər sakinlərinə yaxınlaşdıq:

Şəhər sakini Mikayıl Quluzadə: "Mən çox vaxt tünd iylərdən isdifadə edirəm. Ətir alarkən əsasən keyfiyyətinə önəm verirəm ki, qalıcı olsun".

Şəhər sakini Faiq İsmayılov: "Çox da ətirlərdən istifadə edən biri deyiləm. Lakin xanımıma hədiyyə etmək üçün ətirlərlə marağlanıb, almışam".

Şəhər sakini Elnur Qocayev: " Düşünürəm ki, hamının özünə məxsus ətiri olmalıdır. Şəxsən bu məndə belədir. Yəni özümü tanıyandan demək olar ki, yalnız eyni qoxudan isdifadə edirəm".

Şəhər sakini Arzu Məmmədova: " Mənim çox ətirlərim var, pulumun çox hissəsini ətirlərə xərcləyirəm. Mənə görə ətir insanın şəxsi keyfiyyətlərini ehtiva edir".
Şəhər sakini Babək Ələkbərov: " Ətirlərimi xaricdən zakaz edirəm. Şəhərdən ətir almıram. Çünki keyfiyyət baxımından çox aşağıdır".
Şəhər sakini Fəridə Cəbrayılzadə: "Ətir alanda qiymətinə önəm verirəm. İndiki dövrdə ətirlərin qiyməti bahadır. Ona görə də öz cibimə uyğun parfüm alıram”.
Şəhər sakini Təhmasib Hüseynli: " Mənim ailə üzvümdəki xanımlar daha çox ətirdən istifadə edirlər. Hətta demək olar ki, gündəlik olaraq evdən çıxanda ətir vurmaga onlar məni məcbur edir. Belə özümə qalsa yadımdan çıxır".
Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB