“Qanunun işi aid olduğu sahə üzrə tənzimləməni həyata keçirməkdir” - SƏDR MÜAVİNİ ŞƏRH ETDİ

“Qanunun işi aid olduğu sahə üzrə tənzimləməni həyata keçirməkdir” - SƏDR MÜAVİNİ ŞƏRH ETDİ

“Yeni qanun layihəsi qanun haqqında cənab Prezident sərəncam verəndən bu günə qədər artıq uzun müddətdir ki, müzakirə edilir. Yəni, cənab Prezident 2021-ci il yanvar ayının 12-də sərəncam vermişdi ki, mediada islahatların daha da dərinləşdirilməsi və burada mərkəzi hadisə kimi, yeni qanunvericiliyin hazırlanması nəzərdə tutulurdu. Həmin andan başlayaraq bu günə qədər, artıq bir ilə yaxındır ki, qanun üzərində müzakirə gedir. Eyni zamanda qanunun mərhələlərlə müzakirəsi keçirilir. Həmçinin parlamentdə qəbul olandan sonra geniş şəkildə müzakirəsi keçirilibdir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Mətbuat Şurasının sədr müavini ilk növbədə onu vurğulayıb ki, qanun burada məhdudiyyət gətirmək üçün, yaxud da kimlərisə problemə salmaq üçün deyil.

“Qanunun işi, funksiyası aid olduğu sahə üzrə tənzimləməni həyata keçirməkdir. Bununla belə qanunun verəcəyi əsas üstünlüklərdən biri ölkədə media sahəsində bir normal düzənin yaradılmasıdır. Üstünlüklərindən biri odur ki, qanunda media qurumu nədir, KİV qurumu nədir, jurnalist nədir, hansı standartları daşıyır, hansı hüquqları var, hansı vəzifələri var, bütün bunların hamısına yeni qanun layihəsində aydınlıq gətirilir. Qanunun üstünlükləri çoxdur, yüksəkdir və hesab edirik ki, bu qanunun qəbul olunması ilə mediada müəyyən bir səliqə-sahman yaranacaq, müəyyən bir düzən yaratmaq olacaq və Azərbaycanda peşəkar medianın oturuşması, inkişafı üçün bir təkan verilmiş olacaqdır.

Başqa formada, Azərbaycanda ifadə azadlığı təmin olunub, Azərbaycanda alternativ media qurumları var, sosial şəbəkələr var, sosial media var və kimlərsə şəxsi fikirlərini yazmaq istəyirsə, təbii ki, sosial medadan istifadə edib öz mülahizələrini, şəxsi fikirlərini paylaşa bilərlər. Amma jurnalistika peşəkar bir şeydir, jurnalistika obyektiv, qərəzsiz olmalıdır, dəqiq olmalıdır, həmin standartların da təmin olunması üçün indiki qanun müstəvini kifayət qədər müəyyən etmiş olur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə