Sosial sorğuların verdiyi ipucları ilə fəaliyyətimizdə uğurlar qazana bilərik - Gündüz İsmayılov

Sosial sorğuların verdiyi ipucları ilə fəaliyyətimizdə uğurlar qazana bilərik - Gündüz İsmayılov

"Azərbaycan respondentini az da olsa tanıyan biri kimi demək istərdim ki, təəssüf bizim respondentlərin bir hissəsi sosioloji sorğularda qoyulan suallara səmimi yanaşmırlar. Mən bunun dəfələrlə şahidi olmuşam". SİA xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil" ictimai rəy sorğusu və sosial tədqiqatın nəticələrinə dair konfransda çıxışı zamanı deyib.

Komitə rəsmisi qeyd edib ki, ona görə də bu cür sosioloji sorğuların məhz, həqiqəti əks etdirməsi üçün sualların qoyuluşunun nə qədər əhəmiyyətli olduğunun fərqindəyəm: "Bu cür sosioloji sorğuların nəticələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üçün də önəmlidir. Biz milli-mənəvi dəyərlərimizi təbliğ edən, dini sahədə dini məsələlərlə məşğul olan qurum kimi ailə dəyərlərimizlə bağlı sosial sorğunun nəticələri bizim üçün yol xəritəsidir".

G.İsmayılov vurğulayıb ki, biz bu ipuçlarından yapışaraq öz fəaliyyətimizdə ciddi uğurlar qazana bilərik.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə