Bu problemlər bizə mədəni ailə modelinə keçməyə imkan vermir - Fazil Mustafa

Bu problemlər bizə mədəni ailə modelinə keçməyə imkan vermir - Fazil Mustafa

"Hesab edirəm ki, bu məsələ Azərbaycanda ictimai-siyasi həyatında ən aktual məsələlərdən biridir və bu müzakirədə konkret bir nəticəyə gəlinməsi mümkün olmayan bir müzakirədir". SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa "Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil" ictimai rəy sorğusu və sosial tədqiqatın nəticələrinə dair konfransda çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, klassik Azərbaycan ailə modelinin müdafiəçisi kimi çıxış etmək fikrində deyiləm, çünki zaman bunu tələb etmir: "Aparılan tədqiqatlardan da göründüyü kimi ailə münasibətlərini araşdırma imitasiyasından uzaqlaşa bilsək hesab edirəm ki, daha böyük məsafə qət edə bilərik".

F.Mustafa vurğulayıb ki, ailənin birinci problemi sağlamlıqla bağlı problemdir və sağlam insanların qura biləcəyi ailə modelini əvvəlcədən təyin edə bilmədiyimizə görə problemlər yaşayırıq: "Həmçinin təhsil imitasiyası bizə imkan vermir ki, mədəni ailə modelinə keçək".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə