Bakıda vəzifəli şəxs işə gələrəkən yolda dünyasını dəyişib

Bakıda vəzifəli şəxs işə gələrəkən yolda dünyasını dəyişib

Bakı Metropoliteninin vəzifəli şəxsi dünyasını dəyişib.

Qurumdan SİA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib.

"Bu gün səhər işə gələrkən, "Bakı Metropoliteni" QSC-nin Tikinti departamentinin Dəmir yolunun tikintisi və əsaslı təmir işləri üzrə dəstəsinin rəisi Babaxan Baxışov da ürək tutmasından yolda dünyasını dəyişib," - məlumatda bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə