Bu müavinətlər Azərbaycan ailələrinin müdafiəsinə xidmət edəcək - Anar Kərimov
"200 mindən artıq vətəndaşımız ünvanlı sosial yardım alır. Yardım alanlar siyahısına nəzər salsaq görərik ki, yarısından çoxu qadınlar və uşaqlardır. Digər tərəfdən 9 ay ərzində biz görürük ki, 62 mindən artıq vətəndaşımız işlə təmin edilib və bunların da sırasında 15 mini qadın, 3200 nəfəri özünə məşğulluq proqramına cəlb edilib". Bu fikirləri Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Azər Kərimov "Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil" ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələrinə dair konfransda deyib.
Nazir müavini qeyd edib ki, bütün bunlar bir daha onu göstərir ki, bizim ailələr güclənir və qadınlar ailədə daha aktiv rol oynayır: "Eyni zamanda dövlət uşaqlara daha böyük qayğı göstərir. Cənab Prezident tərəfindən oktyabr ayında verilmiş sərəncam "Əhalinin Qorunması Haqqında" sərəncam idi və bu həftənin əvvəlində də yeni sərəncam və fərmanlar da imzalandı. Bu fərmanlarla həm ailələrin, həm də ailə üzvlərinin sosial artımlarının olması nəzərdə tutulub".
A.Kərimov vurğulayıb ki, gələn ilin əvvəlindən 8-9 istiqamət üzrə uşaqlar üçün nəzərdə turulmuş müavinətlər və təqaüdlər Azərbaycan ailələrinin qorunmasına, müdafiəsinə xidmət edəcək: "Burada sağlamlığı məhdud uşaqlar, həm də çoxüzvlü ailələr nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB