Prezidentin sərəncamı vətəndaşların sosial rifahının yüksəldilməsi kimi qiymətləndirilməlidir - MÜNASİBƏT BİLDİRİLDİ
"Hər zaman olduğu son günlərdə də cənab Prezident verdiyi sərəncamlarla əhalinin sosial rifahının yüksəldilməsinə istiqamətlənmiş çox mühüm addımlar atdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, məvaciblərin, təqaüdlərin, pensiyaların artırılması hər bir azərbaycanlının sosial rifahının yüksəldilməsinə, daha yaxşı yaşamasına istiqamətlənmiş addımlardır və bunlar ilk addımlar deyil: "Biz artıq sosial sahədə inqilabi dəyişikliklərlə üz-üzəyik. Son illərdə xüsusilə də dünyanın iqtisadi böhran yaşadığı bir dövrdə Azərbaycanın iqtisadi və sosial layihələri dayandırmadan həyata keçirməsi, müharibə zamanında və ondan sonra keçən bir il ərzində də sosial layihələrin dayanmaması, tam əksinə daha da inkişaf etməsi əlbəttə ki, Azərbaycan dövlətinin gücünü bir daha ortaya qoyur və bir daha isbat edir ki, Azərbaycan həqiqətən də regionun, Cənubi Qafqazın və dünyanın ən inkişaf emiş ölkələrdən birinə artıq çevrilir. Bütün bunlar atılmış bütün addımlarla, cənab Prezidentin verdiyi bütün sərəncamlarla isbat edilir.
Cənab Prezident İlham Əliyevin növbəti sərəncamı da bir daha Azərbaycan insanının bütün təbəqələrindən olan vətəndaşların sosial rifahının yüksəldilməsinə, onlara daha yaxşı şəraitin təmin edilməsinə istiqamətlənmiş addımlar kimi qiymətləndirilməlidir".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB