Uşaqlarda kəkələmənin SƏBƏBLƏRİ NƏLƏRDİR? - LOQOPED VƏ PSİXOLOQ AÇIQLADI

Uşaqlarda kəkələmənin SƏBƏBLƏRİ NƏLƏRDİR? - LOQOPED VƏ PSİXOLOQ AÇIQLADI

“Kəkələmə nitq qüsurlarının içində demək olar ki, ən ağır nitq qüsurudur. Əzələ qıcolması nəticəsində nitqin temporitmik tərəfinin pozuntusudur”. Bu sözləri SİA-ya açıqlamasında defektoloq-loqoped Esmira Qafarova deyib.

O qeyd edib ki, kəkələmə - düşünmə kəkələməsi, psixoloji kəkələmə və genetik kəkələmə olmaqla 3 qrupa bölünür. “Beyin informasiyası həddən artıq çox olarsa, bir neçə dillər qarışdırılarsa və həyəcan, təşviş problemi olarsa bu düşünmə kəkələməsinə düşəcək. Psixoloji kəkələmə isə hər yaşda görünə biləcək kəkələmədir, hal-hazırda qazilərimiz də psixoloji kəkələmə yaşayırlar. Çünki, psixosomatik durumlarla əlaqədər olaraq gördükləri psixolojik travmalar onların nitqindəki post-travmatik vəziyyət yaradaraq kəkələmə yaradır. Genetik kəkələmə isə ailədə atada, anada, digər ailə üzvlərində varsa bu isə özünü genetik olaraq göstərir və uşaq nitqini açan zaman kəkələmə ilə başlayır. Bəzi ailələr var ki, kəkələməni sonradan qazanılmış kimi götürürlər, amma bunu qeyd edim ki, 2 və 5 yaş arası kəkələmə, anadangəlmə kəkələmədir. Sonradan qazanılmış kəkələmə isə yalnız 5 yaşdan sonra yaranan kəkələmədir. Kəkələmə tonik, kronik qarışığından olur. Tonik kəkələmədə qıcolmaların miqdarı və zamanı artır. Kronik kəkələmədə isə tutulmalar avazlı şəkildə özünü göstərir. Qarışıqda isə bir uşaqda hər iki növ olur və bu isə ağır kəkələmə növüdür. Kəkələmə tək loqopedin korreksiya edəcəyi bir qüsur deyil. Burada da nevropotoloq, psixoloq və loqoped olmaq üzrə üçü birlikdə paralel şəkildə işləməlidir. Sakitləşdirici, həyəcan və təşvişi aradan qaldırıcı forma olmalıdır. Loqoped isə sadəcə qıcolmanın səbəbini, məkanını, yerini təyin etdikdən sonra ona uyğun rahat terapiya tətbiq etməlidir. Kəkələmə 5 yaşa qədər psixoloq, nevropatoloqla müalicə olunmalıdır, 5 yaşdan sonra isə loqopedlə aradan qaldırılır. 5 yaşdan tez loqopedin korreksiyası çox da böyük nəticə vermir”.

Psixoloq Aytən Ələkbərova: “Ümumiyyətlə uşaqlarda kəkələmə problemlərinin bir çox kriteriyaları var. Bu hansı kriteriyalardır? Bəzən baxırıq ki, uşaqlarda kəkələmə doğuşdan olan travmalar nəticəsində olur. Hamiləlik dövründə ananın yaşadığı streslərdən də qaynaqlanır və yaxud deyək ki, ikinci, üçüncü şəxsiyyət dövrlərində bəzən qorxuların nəticəsində əmələ gələn kəkələmələr olur. Bəzən eşidirik ki, həmin uşağın ailəsi deyir ki, “uşağım dil açarkən bülbül kimi cəh-cəh vururdu, 6-7 yaşında isə qapıda olan itdən qorxdu və ondan sonra kəkələməyə başladı”. Bunları isə ümumilikdə götürdükdə kəkələmə, qorxu, həyəcan, stresin nəticəsində yaranan məqamlardır. Digər səbəb isə nevroloji cəhətdən artıq xəstəliklər, psixotıklar olsun. Həmin psixotıkların içərisində müəyyən adət etmiş vərdişlərə, göz qırpmalar, dırnaq çeynəmələr olsun, eyni zamanda bunlara kəkələmələr də aid edilir”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə