Əhalinin rifahı dövlətin diqqət mərkəzindədir - DEPUTAT AÇIQLADI
"Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsi həmişə Azərbaycan dövlətinin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqətində olub". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, bu il müstəqillik tariximizdə ən böyük büdcə gələn il üçün qəbul edilib: "Bu artım büdcəsinin əhəmiyyətli bir hissəsi sosial proqramlara, əmək haqqının və pensiyaların artırılmasına yönəlir. Bundan irəli gələrək cənab Prezident bu günlərdə böyük bir qrup kateqoriyaya aid olan insanların əmək haqqının və sosial müavinətinin artırılması ilə bağlı qərar qəbul etdi. Bu onların ailə büdcəsinə, sosial məsələlərin həllinə böyük bir dəstəkdir. Nəzərə alsaq ki, bu gün Azərbaycan dövləti tarixdə üzərinə düşən ən böyük vəzifəni yəni işğaldan azad olunan torpaqların bərpası ilə bağlı böyük planlar həyata keçirir. Bütün bunlarla yanaşı həmçinin əhalinin rifahı da yaddan çıxmır. Bu heç də sonuncu addım deyil. Büdcəmiz artdıqca işğaldan azad edilən torpaqlarda bərpa işləri yüksəldikcə orada işləyən obyektlərin büdcəyə gəlirləri daxil olduqca insanların əmək haqlarında və müavinətlərin artımında da böyük artım olacaq. Cənab Prezidentin sərəncamları bir daha onu göstərdi ki, insanların yaşayışı, onların sosial vəziyyəti həmişə dövlətin diqqət mərkəzində olub".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB