Supermarketlərdə məhsulların qiyməti bahalaşıb - MÜNASİBƏT BİLDİRİLDİ
"Son dövrlər Azərbaycanda xeyli bahalaşma baş verib. Bu da insanların həyatına ciddi şəkildə təsir edir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Razi Nurullayev bildirib.
Onun sözlərinə görə, bu baxımdan həm minimum əmək haqqının artırılması, həm təqaüdlərin, həm də pensiyaların artırılması yönündə cənab Prezident İlham Əliyev tərəfindən verilən sərəncamların ciddi əhəmiyyəti var: "Təbii ki, bu insanların müəyyən qədər çətinliklərinin qarşısının alınmasında rol oynayacaq. Buna görə də hesab edirəm ki, bu cür tədbirlər davam edəcək. Arzu edək ki, neftin qiyməti aşağı düşməsin və vergilər də normal şəkildə yığılsın. Belə olduğu təqdirdə büdcədə xeyli vəsait toplanır. Cənab Prezidentin bu sərəncamları insanların sosial rifahının yaxşılaşdırılmasına öz tövhəsini verəcəkdir.
Həqiqətən insanların sosial həyatında ciddi çətinliklər yaranıb. Supermarketlərdə məhsulların qiyməti bahalaşıb. Ona görə də bu cür tədbirlənin həyata keçirilməsi olduqca müsbət haldır. Hesab edirəm ki, bundan sonra da bu kimi addımlar atılmalıdır. Çünki insanlar aylıq qazanclarını çatdıra bilmirlər. Pandemiyanın yaratdığı fəsadlardan biri də insanların işsizlik hallarının artması idi. Hesab edirəm ki, yeni-yeni iş yerlərinin açılması, əmək haqqlarının artırılması və digər müxtəlif sosial addımların atılması insanların həyatına müsbət şəkildə təsir edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB