Bu, Prezidentin növbəti uğuru və müdrik addımıdır - DEPUTAT ŞƏRH ETDİ

Bu, Prezidentin növbəti uğuru və müdrik addımıdır - DEPUTAT ŞƏRH ETDİ

“Cənab Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanlar bir daha onu göstərir ki, cənab Prezident ölkə əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.


Onun sözlərinə görə, Qarabağda abadlıq-quruculuq işləri aparılır: “Buna baxmayaraq ölkə vətəndaşlarının rifahının təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu imkandan yüz minlərlə insan bəhrələnəcək. Bu onu göstərir ki, ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması cənab Prezidentin siyasətində prioritet istiqamətlərdən birini təşkil edir. Bununla yanaşı minimum əmək haqqının, təqaüdlərin, pensiyaların qaldırılması hesab edirəm ki, cənab Prezidentin növbəti uğuru və müdrik addımıdır. Bu addım birmənalı olaraq öz ciddi töhfəsini verəcək”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə