"Gorus-Qafan yolu Azərbaycanın nəzarətinə keçib" “Ermənistan”

"Gorus-Qafan yolu Azərbaycanın nəzarətinə keçib" “Ermənistan”

"Ermənistan hökumətinə, Milli Təhlükəsizlik Xidmətinə, Müdafiə Nazirliyinə, Baş Qərargahına və digər dövlət strukturlarına bir sıra sorğular göndərilib. “Ermənistan” müxalifət bloku ötən il respublikanın Zəngəzur (Sünik) rayonunda baş verən proseslərin hansı sənədlər əsasında baş verdiyini öyrənmək istəyib". Bunu dekabrın 20-də Parlanentdə jurnalistlərlə görüşündə “Ermənistan” müxalifət blokunun deputatı Anna Qriqoryan deyib.

Parlamen üzvü xüsusilə bildirib ki, həm o, həm də həmkarı Qeqam Manukyan sorğu göndərib: “Xatırladıram ki, Azərbaycan qoşunları GPS cihazları ilə Zəngəzur rayonunda yerləşən erməni kəndlərinə yaxınlaşanda Ermənistanın baş naziri Nikol Paşinyan azərbaycanlıların bəzi şifahi razılaşmalar əsasında irəlilədiyini bildirib. Və bu günə kimi dəqiq cavabımız yoxdur, əslində nə baş verib”.

Müxalifətçilər videoçəkilişlərin köməyi ilə il ərzində hakimiyyət nümayəndələrinə müxtəlif növ sualların necə verildiyini və məhz bu nümayəndələrin konkret cavablardan hər cür yayındıqlarını nümayiş etdiriblər: “Mən özüm üçün çox gözlənilmədən bu yaxınlarda Baş Qərargah rəisindən cavab aldım. Baş Qərargah rəisinin imzası ilə mənə ünvanlanan cavab Parlamentin məxfi bölməsinə daxil edilib. Və məxfi bölmədə olduğu üçün tam cavabı dərc etməyə haqqım yoxdur. Amma bir şey aydındır: Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Artak Davtyanın imzaladığı məktub 2020-ci ilin dekabrında Ermənistan silahlı qüvvələrinin bölmələrinin və Sünikdə yerləşən könüllü dəstələrin 20 km-ə yaxın geri çəkildiyini göstərir. Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi əvvəllər imzalanmış sənəd əsasında Azərbaycanın nəzarətinə keçib”.

Bütün xəbərlər Facebook səhifəmizdə