Prezident xalqın rifahının yaxşılaşdırılmasını prioritet dövlət siyasəti halına gətirir - BAŞ MƏSLƏHƏTÇİ DANIŞDI

Prezident xalqın rifahının yaxşılaşdırılmasını prioritet dövlət siyasəti halına gətirir - BAŞ MƏSLƏHƏTÇİ DANIŞDI

"Cənab Prezident İlham Əliyevin sosial siyasəti daim xalq tərəfindən dəstəklənir". Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, ölkəmizdə formalaşmış xalq-iqtidar birliyinin ən möhkəm təməllərindən birini də ölkə başçısının həyata keçirdiyi kadr və sosial islahatlar təşkil edir: "Bununla bağlı Sosial Tədqiqatlar Mərkəzi olaraq biz də dəfələrlə sorğular keçirmişik və əhalinin ölkə başçısının həyata keçirdiyi sosial və kadr islahatlarına münasibəti yüksək rəqəmlərlə özünü ehtiva edir. Düşünürəm ki, özəlliklə müharibədən sonrakı dövrdə postpandemiya dövrünün yaxınlaşdığı bir ərəfədə ölkədə müavinətlərin, əməkhaqlarının və minimum əməkhaqqının qaldırılması mühüm əhəmiyyətə malikdir.

Maaş artımları xalqın dövlətlə bağlarını daha da möhkəmləndirəcək, eyni zamanda həyata keçirilən sosial islahatlar bir daha göstərir ki, ölkə başçısı İlham Əliyev ictimai rəyi düzgün qiymətləndirir. Eyni zamanda xalqın rifahının yaxşılaşdırılmasını prioritet dövlət siyasəti halına gətirir. Təkcə son üç il ərzində sosial sahədə müavinətlərin, əməkhaqlarının qaldırılması ölkədə insanların hakimiyyətlə olan münasbətlərinin daha da yüksəlməyinə səbəb olur".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə