Azərbaycanın zəfərləri həmişə daimi olsun - CƏMİYYƏTİN BAXIŞI - SORĞU
İlham Heydər oğlu Əliyev 24 dekabr 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan xalqına rəhbərlik edən Prezident İlham Əliyev yaşadığımız sürətlə dəyişən, dinamik dünyanın nəbzini əlində saxlayır, müasir, çevik və cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə edir, yurdumuzu gözlənilməz və gözlənilən risklərdən uğurla qoruyur. Ölkə başçımız müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri irəlicədən görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün qabaqcadan hazırlayır, öz Vətənini həyatın bütün sahələrində qələbədən-qələbəyə qovuşdurur. Bəs görəsən insanların cənab Prezidentin fəaliyyəti ilə bağlı fikirləri necədir? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:
Şəhər sakini Anjela Şaydayeva: “Mən bir vətəndaş olaraq Prezidentimizi ad günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Onun sayəsində Azərbaycan xalqı zəfər qazandı. Təbii ki, burada 44 günlük müharibə daha çox nəzərdə tutulur. Müharibədə iştirak edən qazilərimizə can sağlığı arzu edirəm. Şəhidlərimizə isə Allahdan rəhmət diləyirəm”.
.jpg)
Şəhər sakini Ramiz Səfərov: “Təbii ki, cənab Prezidentin xalqımıza etdiyi yaxşılıqlar və onun fəaliyyətləri danılmazdır. O, atası Heydər Əliyevin arzusunu reallaşdırdı. Buna görə də Azərbaycan xalqının ona qarşı olan sevgisi daha da yüksəldi. Mən də sizlərə qoşularaq Ali Baş Komandanımızı təbrik edirəm. Azərbaycanın zəfərləri həmişə daimi olsun”.

Şəhər sakini Rəfiqə Kazımova: “Bəli, hamımız bilirik ki, Prezident 2003-cü ildə dünyanın ən gənc prezidenti kimi Azərbaycan dövlətində fəaliyyətə başlayıb. Onun fəaliyyətlərini saymaqla bitməz. Azərbaycan üçün çoxsaylı işlər görmüş ən çox da torpaqlarımızın işğaldan azad olunmasında Ali Baş komandanımız böyük şücaət göstərmişdir. Prezidentimizə doğum günü münasibəti ilə Allahdan sağlam can sağlığı arzu edirəm ki, dövlətimizin başında həmişə dayansın”.
Şəhər sakini Şahin Cəfərov: “Bu barədə onu deyə bilərəm ki, bizim Prezidentimiz İlham Əliyev ən çox da gənclərimizə dəstək oldu. O, 2007-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üçün Dövlət Proqramı təsdiq etdi. Buna görə də, gənclərimiz daha da yaxşı təhsil alır. Bu hal da məni çox sevindirir”.

Şəhər sakini Gülnarə Rzayeva: “Tarixə yazılan elə günlər var ki, bu günlər xalqın gələcəyini müəyyən edən önəmli başlanğıcların əsası qoyulur və məhz bu tarixi günlərdən biri də cənab İlham Əliyevin ilk dəfə Prezident seçildiyi gün, 15 oktyabr tarixidir. 2003-cü il oktyabrın 15-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir keyfiyyət mərhələsi başlandı”.
.jpg)
Şəhər sakini Nəbi Mehdiyev: “Mən cənab Prezidenti 60 illiyi münasibəti ilə ürəkdən təbrik edirəm. O, cəsur sərkərdə olaraq Azərbaycanın tarixini yazdı. Bizim üçün ən böyük fəaliyyəti o oldu ki, bizim olan torpaqlar əsl sahiblərinə qaytarıldı”.
Şəhər sakini Bayram Əliyev: “Hörmətli Prezidentimizin torpaqlarımızın alınmasında böyük naliyyətləri oldu. Onun təhsil sahəsində, elm sahəsində atdığı addımlar göz önündədir ki, Azərbaycan xalqı bu qədər savadlıdır. Mən də təbriklərə qoşularaq cənab Prezidenti təbrik edirəm. Azərbaycan xalqına etdiyi yaxşılıqlara görə dərin minnətdarlığımı bildirirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB