“Turizm haqqında” yeni qanun layihəsi qəbul edilib - RƏSMİ

“Turizm haqqında” yeni qanun layihəsi qəbul edilib - RƏSMİ

Milli Məclisin bu gün keçirilən iclasında “Turizm haqqında” yeni qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarılıb.

SİA-nın məlumatına görə, qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə