Bu Prezidentin Azərbaycan vətəndaşlarına qarşı növbəti diqqət və qayğısının təzahürüdür - ŞƏRH EDİLDİ

Bu Prezidentin Azərbaycan vətəndaşlarına qarşı növbəti diqqət və qayğısının təzahürüdür - ŞƏRH EDİLDİ

“Cənab Prezidentin sərəncamı ilə minimum əmək haqqı 300 manata çatdırıldı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.


Onun sözlərinə görə, bu cənab Prezidentin Azərbaycan vətəndaşlarına qarşı növbəti diqqət və qayğısının təzahürüdür: “Bildiyimiz kimi əvvəlki dövrlərdə minimum əmək haqqı 250 manat idi. Artıq minimum əmək haqqı 300 manata qaldırıldı. Bu da əhalinin güzəranının daha da yaxşılaşdırılmasına öz ciddi töhfəsini verəcək. Əvvəlki dövrdə də minimum əmək haqqının qaldırılması ilə bağlı müxtəlif müzakirələr aparılırdı. Cənab Prezidentin bu sərəncamı ilə ciddi artımın şahidi oluruq. Baxmayaraq ki, gələn il Qarabağda böyük abadlıq-quruculuq işlərinin həyata keçirilməsi planlaşdırılır. Buna paralel olaraq da bu gün vətəndaşlarımızın rifahının yaxşılaşdırılması üçün əlavə addımların atıldığını şahidi oluruq”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə