Sərəncam əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək - DEPUTAT ŞƏRH ETDİ

Sərəncam əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək - DEPUTAT ŞƏRH ETDİ

"Prezident İlham Əliyevin sərncamı ilə 1 yanvardan ölkəmizdə minimum əmək haqqının 300 manata çatdırılması, həm də vahid tarif cədvəli üzrə işləyənlərin əmək haqlarının artırılması əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edəcəkdir. Həm də cənab Prezidentin sərəncamları ilə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqları da 1 yanvardan artırılır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputatın sözlərinə görə, bu ilk növbədə prezident İlham Əliyevin yürütdüyü siyasətin əsasında sosial siyasət dayandığının göstəricisidir: "Minimum əmək haqqının artırılması özəl strukturlarda çalışanıların əmək haqlarının da artmasına öz təsirini göstərəcəkdir. Çünki ölkədə qanunla minimum əmək haqqıdan aşağı əmək haqqının ödənişi qadağandır. Bu özəl sektorda minimum əmək haqqı səviyyəsində ödəniş alanların əmək haqlarının artması deməkdir. O cümlədən muzdla işləyən 600 mindən çox insanın əmək haqqısının artmasına öz təsirini göstərəcəkdir".

A.Badamov vurğulayıb ki, son vaxtlar bazarlarda müəyyən malların qiymətlərindəki artımlarla bağlı cəmiyyətdə fərqli fikirlər səslənirdi: "Cənab Prezidentin imzaladığı bu sərəncamlar sosial paket olaraq yenidən qüvvəyə minəcək və insanların gəlirlərinin artmasına və alıcılıq qabiliyyətinin artmasına xidmət edəcəkdir. Son illər ölkə başçısının sərəncamları ilə əmək haqları və pensiyalar mütəmadi olaraq artırılır. Ancaq son üç ildə minimum əmək haqqı 130 manatdan 300 manata çatdırılır. Cənab Prezident dövlətin iqtisadi imkanları artdıqca əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edəcək belə addımların atılmasını davam etdirəcəkdir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə