“Bu Fərman göstərir ki, Azərbaycanda bənzəri olmayan Sosial dövlət modeli fəaliyyət göstərir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Bu Fərman göstərir ki, Azərbaycanda bənzəri olmayan Sosial dövlət modeli fəaliyyət göstərir” - MÜNASİBƏT BİLDİRİLDİ

“16 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında növbəti Fərmanı imzalamışdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev bildirib.

Onun sözlərinə görə, bu Fərmana əsasən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Xocasən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa olunmuş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən, dövlət mənzil fonduna aid çoxmənzilli binalarda yerləşən mənzillərin özəlləşdirilməsi həmin mənzillərin satışı yolu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir: “Bu Fərmanla müəyyən edilmişdir ki, mənzillərin satışından əldə olunan vəsait hesabına yaşayış sahəsinə ehtiyacı olan, Rayon İcra Hakimiyyətlərində qeydiyyata alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri mənzillə təmin olunacaqlar.
Bu Fərman ümumilikdə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində qeydiyyatda olan həm 1-ci, həm də 2-ci Qarabağ müharibəsi zamanı Şəhid olanların ailələrinin və əlilik statusu almış şəxslərin mənzillə təmin olunmasını nəzərdə tutur.
Cənab Prezident tərəfindən imzalanmış bu Fərman bir daha göstərir ki, Azərbaycanda bənzəri olmayan Sosial dövlət modeli fəaliyyət göstərir və bu dövlətin həyata keçirdiyi sosial siyasətin mərkəzində bu ölkənin vətəndaşlarının, birinci növbədə isə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar şəhid olanların ailələrinin və əlil olmuş şəxslərin sosial müdafiəsi durur”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə