“Prezidentinin sosial sahədə yürütdüyü siyasət konstitusiyaya uyğun şəkildə həyata keçirilir” -MÜNASİBƏT BİLDİRİLDİ
”Azərbaycan 2003-cü ildən bu ilə kimi hərbi və sosial sferada keçirilən bütün islahatlarda həmin sahələrin görkəmini dəyişmişdir”. Bu sözləri SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.
.jpg)
Onun sözlərinə görə, bu sahələrin hər birini ayrı-ayrılıqda təhlil etmək lazımdır: "Hər iki sahədə insan amili əsas götürülüb. Yəni hərbi səhadə qulluqçuların hərbi rütbəsindən və mövqeyindən asılı olmayaraq həyat şəraitinin yaxşılaşdırılması, ordumuzun texniki təchizatına və taktiki amilləşməsinə qədər çox mühüm tədbirlər həyata keçirilmişdir. Eyni zamanda hərbiçilərin maaşlarına və pensiyalara əlavələrin edilməsi, evlərin və ya torpaqların verilməsi və s. bu qəbilədəndir. Sosial sahədə isə keçirilən islahatlar əhatə dairəsinə görə daha genişdir. Azərbaycanda 1milyon 200 mindən artıq pensiya və təqaüd alan şəxslər mövcuddur. Xüsusilə son illərdə dövlət proqramlarına əsasən sosial sahələrdə keçirilən islahatların önəmli nəticələri var. Bu islahatların nəticəsində orta pensiya həddinin yüksəlməsi və maaşların artırılmasına gətirib çıxardır. Sosial sahədə həyata keçiriləcək islahatların həm cari, həm də strateji əhəmiyyəti var. Fikrimcə, Azərbaycan Respublikasının Prezidentinin sosial sahədə yürütdüyü siyasət konstitusiyasının normalarına uyğun bir şəkildə həyata keçirilir. Sosial sahədə olan tənəzzülün qarşısı alınaraq, inkişaf etdirilir".
Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB