Təbiətdə eynicinsli varlıqların (adətən kişilər) əks cinsi qazanmaq və ya ona təsir etmək üçün bir-biri ilə mübarizə apardığı vəziyyətlərə intraseksual rəqabət deyilir. Kanadalı tədqiqatçılar təcrübələr nəticəsində müəyyən ediblər ki, bu cür rəqabətdə bəzi kişilər cəmiyyət tərəfindən bəyənilməyən kobud davranışlara daha çox meyllidirlər. Bundan əlavə, tapıntılar bu insanların testosteron səviyyələrinin daha yüksək olduğunu ortaya qoyub.

“Montreal HEC” Universitetinin tədqiqat qrupu eksperimenti 83 kişi və 91 qadın üzərində aparıb. Hormon səviyyələri, iştirakçıların tüpürcək nümunələri ilə ölçülüb. Daha sonra iştirakçılar başqalarının münasibət qurmağa çalışdıqları birini bəyəndikdə necə hiss etdikləri və davranışları ilə bağlı sualları cavablandırdılar. Bu sualların ardınca yalnız etik və qeyri-etik davranışların qiymətləndirildiyi başqa bir sorğu keçirilib. Sorğuda “mənfəət vergisi bəyannamələrində bəzi şübhəli ayırmalar etmək” və ya “evli kişi/qadınla münasibətdə olmaq” kimi mövzular yer alıb. Bununla da iştirakçıların qeyri-etik davranışa ümumi meyli ölçülüb.
.jpg)
“British Journal of Psychology” jurnalında dərc olunan tədqiqatın həmmüəllifi Marselo Vinhal Nepomukeno, son nəticəni belə izah etdi: “Yüksək testosteronu olan kişilər intraseksual rəqabət ssenarisində daha çox qeyri-etik hərəkət edirlər”. Digər tərəfdən qadınlarda testosteron səviyyəsinin bu cür davranışlara təsir etmədiyi anlaşılıb. Nepomukeno, “Yüksək testosteron səviyyəsinə malik qadınlar kişiləri cəlb etmək üçün digər qadınlarla rəqabət apardıqları zaman qeyri-etik hərəkət etmirlər. İnanıram ki, gələcək tədqiqatlar testosteronla qarşılıqlı əlaqədə ola biləcək və davranışa təsir edə biləcək kontekstual faktorlara və şəxsiyyət faktorlarına diqqət yetirməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB