Azərbaycanı müxtəlif fikirlərə yönəltməyə çalışanlar mövcuddur - BAMF-NIN SƏDRİ AÇIQLADI

Azərbaycanı müxtəlif fikirlərə yönəltməyə çalışanlar mövcuddur - BAMF-NIN SƏDRİ AÇIQLADI

“Media haqqında” qanundan danışarkən, ilk növbədə onu deməliyəm ki, bu qanunun hazırlanmasına və qəbul edilməsinə bu gün çox böyük ehtiyac var”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.

Onun sözlərinə görə, bu ehtiyacın ödənilməsi üçün isə Medianın İnkişafı Agentliyi tərəfindən qanun layihəsi hazırlanıb və Milli Məclisə təqdim edilib: “Eyni zamanda ictimaiyyətin müzakirəsinə verilib. Bu gün bu qanun həm bizim jurnalist həmkarlarımız tərəfindən, həm də Milli Məclisin deputatları tərəfindən geniş şəkildə şərh olunur. Təkliflər səsləndirilir, iradlar bildirilir. Bu gün elə özüm də Milli Məclisdə baş tutan müzakirəyə onlayn şəkildə qoşulmuşdum. Yenə də çox maraqlı fikirlər səsləndirildi. Onu deyə bilərəm ki, bizim bəlli bir yolumuz var. Təbii ki, yeni Azərbaycanı, 44 gündən sonrakı Azərbaycanı müxtəlif fikirlərə yönəltməyə çalışanlar da mövcuddur. Biz onları dinləsək belə, yenə də sonda dövlətimiz, xalqımız üçün xeyirli olan qərarları qəbul etməliyik. Birmənalı şəkildə “Media haqqında” qanunu biz bu gün dəstəkləyirik. Bu qanun üzərində böyük işlər görülüb. İnanıram ki, müzakirələr zamanı qəbul edilmiş qərarlar, bildirilən iradlar zamanı bunlar da nəzərə alınacaqdır. Bu qanunun qəbulundan bir müddət keçdikdən sonra, bunun cəmiyyətimiz üçün də faydalarını görəcəyik”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə