Taksi fəaliyyəti ilə bağlı neqativ hallar mövcuddur - EKSPERT NARAZILIĞINI BİLDİRDİ
“Çox təəssüflər olsun ki, taksi fəaliyyəti ilə bağlı neqativ hallar var. Müştərilər taksi sifariş verir, onlar isə sifarişi qəbul edir, amma sonra deyirlər ki, gediş məsafəsi uzaqdır və yaxud ödəniş azdır”. Bu sözləri SİA-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.

“Eyni zamanda müştəri ödənişi kartla edirsə sürücülər bundan imtina edirlər, amma bu taksi sahəsində normal bir yanaşma deyil. Taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı məsələləri hansısa bir məqamda həll etmək lazımdır. Ona görə də bu gün çox təəssüflər olsun ki, taksi fəaliyyəti ilə bağlı ortada bir sənəd yoxdur. Bu sənəd olmadığına görə də bu cür xaotik vəziyyət hökm sürür, belə bir mənzərə müşahidə edilir. Düşünürəm ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən iki il əvvəl hazırlanmış taksi fəaliyyətinə dair konsepsiya bir daha gündəmə gətirilməlidir, həmin sənəd müzakirə edilməlidir və onun əsasında ölkə üzrə vahid sənəd qəbul olunmalıdır. Ancaq belə bir sənəd qəbul olunduqdan sonra bu cür neqativ hallar aradan qalxmış olacaq. Lakin bu gün hələ ki, heç bir mexanizm yoxdur və heç bir tədbir görmək olmur. İqtisadiyyat Nazirliyinin yanında istehlakçıların hüquqlarının müdafiəsinə xidmət edən idarə var. Sadəcə olaraq əgər fərqlənmə nişanı olan, qanuni fəaliyyət göstərən rəsmi taksi sürücüsü olarsa, o zaman müştəri həmin idarəyə müraciət edə bilər, idarə istehlakçı olaraq həmin sərnişinin hüquqlarını qoruya bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB