Hər bir insan istirahətinə zaman ayırmalıdır - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Hər bir insan özünün istirahətinə zaman ayırmalıdır. İnsanlar həftə içi işləsələr də işdən sonra həftə sonları mütləq istirahət etməlidirlər”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.
.jpg)
"İstirahət beyinin dincliyi, format olunması üçün mütləq lazımdır. Ona görə də insanlar mütləq şəkildə öz istirahətlərinə nəzarət etməlidirlər. Bu istirahət sistemli şəkildə olmadığı zaman insanın psixologiyası pozulur və hər hansı bir daxili aqressiya baş verir və yaxud da psixodiaqnostikada müəyyən problemlər yarana bilir. Həftəsonları onsuz da istirahət günləri sayıldığına görə həmin günü insanların dincəlməsi vacib məsələdir. İnsanlar cəmiyyət arasına çıxmalı, sosial mühitlərini dəyişməli və sevdikləri fəaliyyətlərlə məşğul olmalıdırlar. Düşünürəm ki, il ərzində insanlar, ən azından 3 aydan bir tətilə çıxsalar yaxşı olar. Düzdür buna biraz qəribə baxıla bilər, ancaq il ərzində 3 aydan bir, bir neçə günlük tətilə çıxmaq da vacibdir ki, insanda yeni motivasiya olsun və sağlam psixologiya ilə işə başlaya bilsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB