16 dekabr 2021-ci il tarixdə Azərbaycan əlil arabasında qılıncoynatma federasiyasının baş məşqçisi Asəf Məlikov və Qılıncoynatma idman növü üzrə idmançı Abdulbağı Abdullayev Masallı rayonunda səfərdə olublar. Səfər çərçivəsində idmançılar Vətən müharibəsi əlilləri ilə görüşmüş, onların vəziyyəti ilə maraqlanmış, əlil olmaqlarına baxmayaraq müxtəlif idman növləri ilə və o cümlədən qılıncoynatma idman növü ilə məşğul olmalarını təklif edib.
Sonra qonaqlar Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev ilə birlikdə Masallı şəhərində “Qəhrəmanlar Parkı – Şəhidlər abidə kompleksi”ni ziyarət etmiş, şəhidlərin əziz xatirəsini ehtiramla yad edib və şəhidlərin ruhuna dualar oxuyublar.
Axırda Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov Azərbaycan əlil arabasında qılıncoynatma federasiyasının baş məşqçisi Asəf Məlikovu qəbul etmiş, qılıncoynatma idman növü ilə bağlı söhbətlər aparmış və müharibə əlillərinin bu idman növünə həvəslənirilmə təkliflərinə görə minnətdarlığını ifadə etmişdir.
ƏLİHÜSEYN ŞÜKÜROV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB