Nəyə görə davamlı olaraq alış-veriş etmək istəyirik?

Nəyə görə davamlı olaraq alış-veriş etmək istəyirik?

Alış-veriş çağımızın sağalmaz xəstəliklərindən biridi. Ehtiyacımız olmasa da, alış-veriş edirik. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bəs niyə biz həmişə alış-veriş etmək istəyirik?

İnsanların lazım olduğundan daha çox pul xərcləməsinin 2 əsas səbəbi var. Birincisi, pul xərclədikləri zaman insanların özlərini xoşbəxt hiss etməsidir. İkincisi, pul xərcləməklə dərdlərini unutmağa çalışırlar.

Yeni paltar və ya daha bahalı bir şey, məsələn, yeni smartfon almaqla xoşbəxt olduğumuzu hiss edirik. Bununla da qarşılaşdığımız problemlərdən qaçmağa çalışırıq. Lakin anlamırıq ki, biz problemlərdən qaçmağa çalışdıqca, onlardan qurtula bilməyəciyik.

Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə