“Bilirsiniz ki, uşaqlarda bətndaxili dönəmdə dölün tənəffüsü, qanla oksigenləşməsi cif vasitəsi ilə olur”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında pediatr-nevroloq Səbinə Nurəliyeva deyib.
.jpg)
“Uşaq doğulduqda göbək ciyəsi ilə uşağın arasında olan əlaqə kəsilir və nəticədə, uşaq ağciyərləri ilə nəfəs almağa başlayır. Ağciyərlərə havanın dolması zamanı ilk tənəffüs aktı baş verir. Bu, ilk tənəffüs aktı ağrılı akt olduğuna görə, uşaq ağlamağa başlayır. Eyni zamanda, uşaq ana bətnində olur, orada temperatur fərqli olur və uşaq yeni mühitə çıxdıqda ətraf mühit amilləri, soyuq faktoru, temperatur fərqliliyi uşağın orqanizminə təsir edir. İlk tənəffüs zamanı ciflə əlaqə kəsildikdən sonra bədəndə karbon qazının miqdarı artır və artan hiperkapniya, tənəffüs mərkəzinin oyanmasına səbəb olur və nəticədə, ilk tənəffüs baş verir. Bu tənəffüs aktı ağciyərlərin açılmasına xidmət edən akt olduğuna görə uşaqda ağlamağa səbəb olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB