İnsanların ictimai nəqliyyatdan az istifadə etməsinin SƏBƏBLƏRİ NƏLƏRDİR? - EKSPERT AYDINLIQ GƏTİRDİ
“İnsanların ictimai nəqliyyatdan az istifadə etməsinin xeyli səbəbləri var. Hətta deyərdim ki, bu, pandemiya dövründə bəzi insanların ictimai nəqliyyatda koronavirusa yoluxma riskindən çəkinməsinə səbəb oldu”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

“Tibb işçiləri həmişə deyirdilər ki, “İctimai nəqliyyat koronavirusa yoluxmanın ən böyük məkanlarından biridir, çalışın maksimum dərəcədə ictimai nəqliyyatdan istifadə etməyin”. Bu barədə ictimai nəqliyyatda bəzi məhdudiyyətlər qoyuldu və s. Əslində pandemiya, ictimai nəqliyyatdan çəkinmənin pisləşməsini daha da artırdı. Lakin digər ümumi səbəblər də var. Birincisi, ictimai nəqliyyatın heç də hər yerdə əlçatan olmamasıdır. İnsanlar var ki, onların yaşadıqları ərazidə hələ də ictimai nəqliyyat yoxdur. Yaşadığı ərazidə ictimai nəqliyyatın olmaması o deməkdir ki, bu insanın evindən ən azından 300 metrlik məsafədə avtobus olmalıdır. İkinci səbəb isə çox ciddi səbəbdir. Bəzi istiqamətlərdə avtobuslar olsa da orada köhnə avtobusların olmasıdır. Yollarda hərəkət vaxtı sürücülərin davranışında olan problemlərdir, bəzi sürücülərin insafsız davranması məsələsidir. Yollarda kobud hərəkətlər edən sürücülərimiz kifayət qədər çoxdur. Onlar avtobuslarla riskli manevrlər edirlər və qəzalar baş verir. Bu da insanları qorxudur. Digər bir məsələ isə avtobusların hərəkət qrafikinə ciddi riayət olunmaması və avtobusların az sayda olmasıdır. Azlıq dedikdə tutaq ki, insanın yaşadığı yerdə avtobus var, lakin o avtobusa sadəcə ilkin dayanacaqda minmək mümkündür. Sonrakı dayanacaqlara gedənə kimi bütün avtobus dolur və digər insanlar avtobusa minə bilmirlər. Bu da avtobus çatışmazlığı deməkdir. Daha bir problem ondan ibarətdir ki, marşurut şəbəkəsi elə qurulub və elə idarə olunur ki, məsələn A nöqtəsindən B nöqtəsinə istənilən insan avtobus ilə getdikdə və yaxud öz şəxsi avtomobili ilə getdikdə zaman məsələsinin səyahət müddətində dəfələrlə fərq olur. Öz avtomobili ilə 20 dəqiqə getdiyi müddəti avtobus, saat yarıma gedir. Bu da təbii ki, insanları ictimai nəqliyyatdan çəkindirən ən ciddi səbəblərdən biridir”-deyə, nəqliyyat eksperti fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB