Goranboyda 2 kəndin qaz təchizatı bərpa edilib

Goranboyda 2 kəndin qaz təchizatı bərpa edilib

Goranboyda yer şumlayan traktor qaz xəttini zədələyib.

SİA-nın məlumatına görə rayonun İravanlı kəndin yaxınlığında yer şumlayan traktor qaz xəttini zədələyib.
Nəticədə İravanlı və Boluslu kəndinin 600 yaxın abonent qazsız qalıb. Hazırda əraziyə Azəriqazın əməkdaşları cəlb olunub. Qəzanın nəticələri aradan qaldırılır.

SİA xəbər verir ki, günün ikinci yarısından sonra artıq Goranboy rayonunun İravanlı və Boluslu kəndinin qaz təchizatı bərpa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə