Hesab edirəm ki, Sabir Rüstəmxanlı uğurlarımızdan xəbərsiz deyil - DEPUTAT

Hesab edirəm ki, Sabir Rüstəmxanlı uğurlarımızdan xəbərsiz deyil - DEPUTAT

"Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin siyasi strategiyasına söykənərək son illərdə çox böyük nailiyyətlər əldə edib. Ölkə iqtisadiyyatı dəfələrlə artıb. Təkcə son 3 ildə - 2018-2021-ci illərdə ölkənin dövlət büdcəsi 7 milyard manat artıb. Digər makroiqtisadi göstəriciləri göstəricilərimizdə də daha uqurlu nailliyetlər əldə olunub. Bu gün Azərbaycan Şimal-Cənub, Şərq-Qərb marşrutlarının kəsişdiyi böyük loqistik mərkəzə çevrilib. Eləcə də, bu gün Azərbaycan regionda böyük qlobal layihələr həyata keçirir və ölkəmizin iştirakı olmadan heç bir layihələr reallaşa bilməz". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

"Region iqtisadiyyatının 85 faizi Azərbaycana məxsusdur. Azərbaycan Avropanın enerji təchizatında çox etibarlı tərəfdaş olaraq mühüm bir ölkəyə çevrilib. Bir sözlə Azərbaycan bu gün dünyanın diqqət mərkəzindədir", deyə qeyd edən deputat bildirib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan möhtəşəm qələbə əldə etdi: "Bu qalibiyyətdən sonra dünyada yeni nizam düzənləndi. Bu, Azərbaycanın siyasi, iqtisadi göstəricilərinin çox az bir hissəsidir. Hesab edirəm ki, ictimai-siyasi proseslərdə daim iştirak edən xalq yazıçısı Sabir Rüstəmxanlı da Azərbaycanın əldə etdiyi bu nailiyyətlərdən xəbərdardır. İnanıram ki, o, bir xalq yazıçısı olaraq bu uğurlarımıza sevinir. Çox gözəl olar ki, bu nailiyyətlərimizi də çıxışlarında dilə gətirsin, bununla bağlı sevincini xalqmizla bölüşsün. Eləcə də Azərbaycanın digər nailiyyətləri sırasında dövlət quruculuğu institutlarının formalaşmasıdır ki, bunların sirasinda Parlamentin xüsusi yeri var. Azərbaycan Parlamenti demokratik prinsiplər əsasında formalaşıb. Parlamentin fəaliyyəti bu gün Azərbaycan vətəndaşlarında məmnunluq hissi yaradır. Azərbaycan Parlamentinin nümayəndələrinin xarici səfərlərdəki diplomatik nailiyyətləri hər birimizi qürurlandirir. Hesab edirəm ki, Sabir müəllim Parlamentimizin və parlament uzvlərinin bu uğurlarına biganə deyil. Bu uğurlara da sevindiyini dilə gətirməsi də çox gözəl olar".

Bütün xəbərlər Facebook səhifəmizdə