Uşaqlarda hiperaktivlikdən ÇIXIŞ YOLLARI NƏDƏDİR? - PSİXOLOQ AÇIQLADI

Uşaqlarda hiperaktivlikdən ÇIXIŞ YOLLARI NƏDƏDİR? - PSİXOLOQ AÇIQLADI

“Son dövrlərdə uşaqlarda hiperaktivliyin səbəbi əslində uşaqların fəaliyyətlərinin məhdudlaşdırılmasıdır”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

“Ümumiyyətlə bildiyiniz kimi artıq bir ildir ki, uşaqlarda təhsil onlayn sistemdədir. Son vaxtlarda onlayn təhsil sistemi olduğuna görə uşaqlarda evə qapanma baş verir ki, burada uşaqlar enerjilərini bölüşdürə bilmirlər. Karantinin yumşalmasına, dərslərin açılmasına baxmayaraq dərs yükü artıb, uşaqların oxuması çətinləşib. Onlar daha çox oxumaq üzərində vaxt keçirirlər, hazırlıqlar və s. olduğu üçün onlar istədikləri fəaliyyətlərlə məşğul ola bilmirlər. Bununla ancaq həftə sonları məşğul olmaq imkanları olur, bu imkan da çox azsaylı ailələrdə var. Hiperaktivliyin artma səbəbləri müxtəlifdir. Onlarda ümumi problemlər, nevroloji, doğuş travmalarının artması səbəb ola bilir. Buna əsasən ümumi ekoloji vəziyyətin dəyişməsindən ola bilər, amma hiperaktivliyin qaynağı hər zaman olub. Lakin son dövrlərdə əgər uşaq dünyaya gələndən sonra hiperaktivləşmə baş veribsə deməli bu ətraf ilə əlaqəlidir. Məktəbəqədər yaşlı uşaqlarda isə müasir dövrün texnologiyalarından istifadələri daha çox hiperaktivliyə səbəb ola bilir, çünki, orada aqressiv oyunlara, cizgi filmlərinə baxırlar. Bu da onlarda hiperaktivliyi, aqressiyanı artırır”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə