Toyda virus var, şou proqramda yoxdur? - SOSİOLOQ ŞƏRH ETDİ

“Pandemiya şəraitində bu məsələ geniş bir hal alır. Restoranlarda, xüsusilə də şadlıq saraylarında 400-500 nəfərlik toy keçirilirsə orada iştirakçıların sayı daha çox olur. Ona görə də burada məsafə saxlanması və yaxud ara məsafələrə daha geniş yer verilməsinə önəm verilir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında sosioloq Rəşad Əsgərov deyib.

“Qaldı ki, restoranlarda haqlı iraddır ki, orada da pandemiya şəraitində bu xəstəlik yayıla bilər. Xəstəliyin qarşısını konsertin keçirilməsi və ya şənlik olmasından asılı olaraq azaltmaq və ya artırmaq olmaz. Lakin burada müəyyən qədər dövlətin və yaxud müəyyən qurumların sahibkarlarla güzəştə getməsi, tutaq ki, Yeni il öncəsi 31 dekabrla bağlı keçirilən tədbirlərdə yerlərin daha çox satılması kimi istifadəyə daha geniş icazə verilməməsi ilə bağlı verilən iradlara baxan olmur. Bəzən həmin restoranlar 200 və daha çox yerə biletləri satırlar.

Digər tərəfdən həmin xidmət sahələrində toylardan fərqli olaraq müxtəlif müğənnilərin, xanəndələrin gəlib-getməsi, orada mütəmadi iştirak etməsi heç də o demək deyil ki, onların xəstəliyi keçirmə ehtimalları tamamilə yoxdur. Şou-biznes insanları müxtəlif restoranlarda xidmət göstərdiyinə görə xəstəliyin yayılmasına səbəb ola bilərlər. Lakin, müəyyən hüquq-mühafizə orqanlarının bu məsələyə yanaşmada son dövrlərdə pis münasibətini açıq-aydın görmürük. Xüsusilə də ton şənliklərinə insanların buraxılmaması, oradan geri qaytarılması hallarına tez-tez rast gəlinir. Həmçinin restoranlarda müəyyən qədər əhalinin əyləncə yerlərindən geri qaytarılması və yaxud əyləncə yerlərində qanun pozuntularının daha geniş formada ictimaiyyətə daha geniş açıqlanması hallarına rast gəlinir ki, bu da səlahiyyətlilərin haqlı narazıçılığına gətirib çıxarır. Daha yaxşı olardı ki, bu sahədə işlərini daha da genişləndirsinlər. Xüsusilə də 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibəti ilə keçirilən şənliklərdə bu tipdən olan restoranlardakı fəaliyyət nəticəsində yoluxma halları arta bilər. Bu da Azərbaycanda xəstəliyin daha geniş yayılmasına, insanların sağlamlıq durumunun pisləşməsinə səbəb ola bilər”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə