Heydər Əliyev prospekti şəhər istiqamətində kənar yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən sıxlıq müşahidə edilir.
Bakı Nəqliyyat Agentliyindən SİA-ya verilən məlumata görə, sıxlıqla əlaqədar bu yolla hərəkət edən 1, 13, 38, 184, M3 və M8 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalınada ləngimələr var. Hazırda qeyd edilən marşrut xətləri üzrə 20-ə yaxın avtobus sıxlıqda qalaraq gecikir.
Nəticədə Yusif Səfərov-”28 May” m/st-sı eləcə də Koroğlu Rəhimov küçəsi-“Gənclik” m/st-sı istiqamətlərindəki dayanacaqlarda sərnişin sıxlığı müşahidə edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB