Kiçik qrant müsabiqəsinin nəticələrinə həsr olunmuş brifinq keçirilib - FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün kiçik qrant müsabiqəsinin nəticələrinə həsr olunmuş brifinqi keçirilib. SİA-nın verdiyi məlumata görə, brifinqdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva 2021-ci il üçün kiçik qrant müsabiqəsinə təqdim edilən layihələr barədə məlumat verib. O, qeyd edib ki, bu il üçün kiçik qrant müsabiqəsinə 7 istiqamət üzrə 478 layihə təqdim olunub: "Onlardan 26 layihə müsabiqə qaydalarına uyğun təqdim edilmədiyindən texniki seleksiyadan keçməyib".
Onun sözlərinə görə, 415 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul olunub. Bu il kiçik qrant müsabiqəsi Agentliyin yeni yaradılan elektron portalı “e-qrant.az” saytı vasitəsi ilə həyata keçirilib: “Qrant müsabiqəsi insan haqları, ictimai vəkillik, demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə sahəsində təşəbbüslərin dəstəklənməsi, elm, təhsil, mədəniyyət və azərbaycançılığın təbliği, ailə, qadın, uşaq və gender məsələləri, ətraf mühitin və sağlamlığın qorunması, narkomaniya ilə mübarizə, açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə, sosial, iqtisadi məsələlər, Azərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiəsi mövzularını əhatə edib".
Daha sonra mətbuat nümayəndələrinə Agentliyin loqosu təqdim edilib. Loqo Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar mərkəzi tərəfindən hazırlanıb.
Agentliyin əməkdaşları müvafiq istiqamətlər üzrə qrant müsabiqəsinin nəticələrini elan ediblər.
Sonda media nümayəndələrinə Agentliyin loqosu əks olunan xatirə hədiyyələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB