415 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul olunub
"Bu il üçün kiçik qrant müsabiqəsinə 7 istiqamət üzrə 478 layihə təqdim olunub. Onlardan 26 layihə müsabiqə qaydalarına uyğun təqdim edilmədiyindən texniki seleksiyadan keçməyib". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün kiçik qrant müsabiqəsinin nəticələrinə həsr olunmuş brifinqdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva bildirib.
Onun sözlərinə görə, 415 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul olunub. Bu il kiçik qrant müsabiqəsi Agentliyin yeni yaradılan elektron portalı “e-qrant.az” saytı vasitəsi ilə həyata keçirilib: “Qrant müsabiqəsi insan haqları, ictimai vəkillik, demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə sahəsində təşəbbüslərin dəstəklənməsi, elm, təhsil, mədəniyyət və azərbaycançılığın təbliği, ailə, qadın, uşaq və gender məsələləri, ətraf mühitin və sağlamlığın qorunması, narkomaniya ilə mübarizə, açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə, sosial, iqtisadi məsələlər, Azərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiəsi mövzularını əhatə edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB