Milli Məclisin bu gün keçirilən iclasında “Büdcə sistemi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, 2020-ci ildə pandemiya ilə əlaqədar qanunla icrası 2022-ci ilə qədər dayandırılan büdcə qaydasının tətbiqinin bərpası nəzərdə tutulur. Büdcə qaydasının yeni təkmilləşdirilmiş variantı təklif olunub.
“Büdcə sistemi haqqında” qanunda olan anlayışlara, deputatlar, o cümlədən Hesablama Palatası tərəfindən qaldırılan bir sıra məsələlərə də yenidən baxılıb, sənəd yeni redaktədə dəqiqləşdirilib.
“Büdcə sistemi haqqında” qanunda edilən dəyişikliklərə uyğun olaraq “Dövlət borcu haqqında” qanuna da dəyişikliklər təklif olunur. Burada əsasən dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu ilə bağlı məsələlər öz əksini tapıb.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq təsdiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB