Yeni qanun media işçiləri üçün yeni imkanlar açır - DEPUTAT ŞƏRH ETDİ
““Media haqqında” qanun layihəsinin hazırlanmasında məqsəd informasiya təhlükəsizliyini gücləndirmək, medianın fəaliyyətini inkişaf etdirmək və stimullaşdırmaqdır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Deputatın sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanndan sonra media sahəsində ciddi işlər aparılıb: ““Media haqqında” qanun layhəsinin hazırlanması da bu islahatların növbəti davamıdır. 1999-cu ildən qüvvədə olan və saysız şəkildə dəyişdirilən KİV haqda köhnə qanun yeni reallıqların tələbinə cavab verməməklə yanaşı, mütərəqqi tendensiyaları və media innovasiyalarını tənzimləyə bilmirdi. Yeni qanunda media savadlılığının artırılması ilə bağlı təsbit edilən müddəalar jurnalistlərin peşəkarlığının artırılması, yeni peşəkarların formalaşmasında mühüm rol oynayacaq. Media ilə bağlı yeni qanun müasir standartlara uyğun hüquqi normativ bazasının yaradılmasına imkan verir. Qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir”.
Millət vəkili qanun layihəsinin onlayn media ilə bağlı hissəsinə də toxunub: "Qanun layihəsi imkan verəcək ki, informasiyanın hazırlanmasında iştirak edənlərlə və informasiyanın istehlakçıları ilə arasındakı münasibətlər tənzimlənsin. Düşünürəm ki, bu qanunun qəbul olunmasından sonra onlayn mediada olan hüquqi problemlərə də son qoyulacaq. Azərbaycanda uzun müddətdir ki, onlayn media fəaliyyət göstərir, lakin onun hüquqi statusunun tanınması bu qanun qəbulundan sonra mümkün olacaq", - deyə deputat vurğulayıb.
S.Mikayılova əlavə edib ki, yeni qanun jurnalistlərin peşəkarlığının artırılması, yeni peşəkarların formalaşmasında mühüm rol oynayacaq: “Qanun layihəsində mediada yayımlanan, dərc olunan informasiya ilə bağlı tələblərin müəyyən edilməsi də müsbət addımdır. Bu qərar da öz növbəsində media mənsubları arasında sosial məsuliyyətin artmasına kömək edəcək. Qanun layihəsi jurnalistlərin, media işçilərinin sosial rifahın yüksəldilməsinə də kömək edəcək. Yeni qanun media işçiləri üçün yeni imkanlar açır. Media reyestrinə daxil edilmiş şəxslər üçün mümkün olan güzəşt və imtiyazlar media işçilərinin sosial rifahın yüksəldilməsinə töhfə vermiş olacaq" - deyə S.Mikayılova qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB