Ərəb turistlər niyə Azərbaycana meyillidir? - SOSİOLOQ AYDINLIQ GƏTİRDİ
“Təəssüf ki, Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin səfərində iki məqsəd güddüklərini bilirik. Bunlardan biri qanunsuz ov, digəri isə seks məsələsidir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı bildirib.
Onun sözlərinə görə, ərəb turistlərin burada azyaşlı qızları istismar etdikləri də məlumdur: “Biz zaman-zaman bu hadisələrin sosial şəbəkələrdə yayımlanması nəticəsində xəbərdar oluruq. Azyaşlıların buna cəlb olunması isə daha ağrılı bir mövzudur. Qanunsuz ov məsələsinə müəyyən qədər diqqət göstərildi, ancaq yenə də gizli şəkildə bu baş tutur. Düzdür, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələdə son dərəcə diqqətli olduğunu bəyan etdi. Amma hesab edirəm ki, tam şəkildə qarşısı alınmayıb”.
L.Mehralı sözlərinə davam edərək həmçinin bildirib ki, çox təəssüf ki, bəzən 16-17 yaşlı qızlarımız Ərəb şeyxləri ilə tanış olmaq, münasibətdə olmağı daha yaxşı həyat yaşamaq üçün edirlər: “Lakin əksəriyyəti qadın istismarının qurbanına çevrilir. Bu səbəbdən də hesab edirəm ki, xüsusilə Ərəb ölkələrindən gələnlər üçün xüsusi nəzarətin tətbiq olunması vacibdir”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB