“Biz özümüz ölkədə öz mənəvi inkişafımızla bağlı məsələlərlə arzuolunan şəkildə məşğul olmuruq. Bu işləri başlı başına buraxmışıq. Bu işlərlə müasir dövrün tələbləri ilə, elmin, təhsilin köməyi ilə və elmi əsaslarla məşğul olmaq lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.
.jpg)
“İkinci tərəfi də odur ki, biz gözüyumulu Qərb mədəniyyətinin təsiri altındayıq. Bu məsələyə bağlı filmlər xeyli yayılıb ki, evdə hər hansı bir xidmətə görə usta çağırırsan və usta evə gəldikdə görür ki, evdə qadın var. Sonra isə onların arasında gələn usta qadına təcavüz edir və s. Belə filmlər yüzlərlədir və bütün bunlar da insanların beynində dəyişliklər etmək gücündədir. Bu cür filmlər yayılır və bu filmlər də öz təsirini göstərir. Biz bu məsələdə profilaktik tədbirlər görməliyik. Belə filmlər Qərbin öz mənəviyyatının aşınmasının da təsiri altındadır, həm də bunlar xüsusi texnologiyalardır ki, insanların mənəviyyatında və mədəniyyətində dəyişiklik etsinlər. Bununla bağlı biz, əhalini həm bu sahədə ayıltmağa, ehtiyyatlı olmağa çağıra bilərik. Digər tərəfdən isə, bizim xüsusi təmir xidmətlərimiz olmalıdır, hər küçədən gələni usta kimi evə çağırmaq düzgün deyil. Ona görə də konkret xidmət olduqda və o xidmətə zəng etdikdə, onlar öz məsuliyyətlərini başa düşürlər və həmin şirkətlər gələn ustanın davranışına cavabdehdir. Belə ciddi xidmətlərimiz olsa, bu kimi hadisələr də baş verməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB