Bu cür qara ləkəni öz üstlərindən təmizləsinlər - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

Bu cür qara ləkəni öz üstlərindən təmizləsinlər - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

“Həmcinslərin bir-biri ilə evlilikləri son dövrlərdə daha çox yayılıb. Əslində bu transitrualizmdir. Transsekualizm ilk olaraq dəyişikliklərin qiymətinə baxılaraq yaranmağa başlayır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

“Bu problemlər sanki, uşağın ilk məktəbə getdiyi bir vaxtdan valideynlər arasında başlayır ki, “filankəsin oğlu qız kimi davranır və yaxud filankəsin qızı oğlan kimidir” fikirlər səslənir. Təbii ki, bunlar hormonal çatışmamazlıqlardı ki, hansı ki, yeniyetməlik dövründə birbaşa önə çıxır və buna da transitrualizm deyilir. Belə insanlar təbii ki, istəməzdilər ki, belə olsunlar, bu durum bilərəkdən yaranan bir durum deyil. Onlara kənardan təsirlər olur ki, “bu oğlandı, amma qız kimi davranır”, kimi fikirlər sonunda o hislərin yaranan vaxtında həmin insan da düşünür ki, “onsuz da hər kəs məni bu cür bilir, cəmiyyət məni bu cür qəbul edir etsin”. Lakin, həmin insanlar çox kövrək, ürəyi yumşaq insanlar olurlar. Onlar acılarını içlərində çəkib, özlərini sındırmadan həyatlarına davam edirlər. Bu cür insanların evlənmə səbəbləri isə ondan ibarət olur ki, onlar düşünürlər ki, “heç olmasa bu həyatda tək olmayaq, bir-birimizi başa düşə bilirik”. Əgər bu insanlar məcburi surətdə kimsə tərəfindən təcavüzə uğrayırsa bu təcavüzdən sonra biz onlara qətiyyən pis gözlə baxmamalıyıq. Əksinə təcavüzü onlara unutdurmaq üçün alt şüurla işləyirik və həmin cəmiyyətə düşməməsi üçün çalışırıq. Heç kim öz həyatını sığortalamayıb, sabah başımıza nəyin gələcəyini bilə bilmərik. Çox yaxşı olardı ki, təcavüzə məruz qalan bu kimi insanlar vaxtında orqanlara müraciət etsinlər və bu cür qara ləkəni öz üstlərindən təmizləsinlər”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə