Ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Eyni zamanda , Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac duyulurdu. Azərbaycan mediasının inkişaf etdirilməsi hazırda dövlətin qarşıya qoyduğu əsas prioritetlərdəndir. Ölkədə həyata keçirilən islahatların tərkib hissəsi kimi media sektorunun da hazırda yenilənməyə, təkmilləşməyə və peşəkarlaşmağa ehtiyacı var. Vətən müharibəsi zamanı informasiyanın cəmiyyətə çatdırılması ilə bağlı bir sıra diqqət çəkən məqamlar var idi.Bu da danilmazdır ki, media cəmiyyətin güzgüsü oldu. Cəmiyyətdə olan ruh yüksəkliyi ayrı-ayrı KİV-in də fəaliyyət ovqatına təsirsiz ötüşmədi. Eyni zamanda, o da qeyd olunmalıdır ki, media özü ovqat və ruh yüksəkliyi formalaşdırdı, onu daha da artırdı, sabit saxlanması və qorunması naminə əlindən gələni etdi. Tarixi qələbəmizlə yekunlaşan Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalandı.Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya məkanında davamlı inkişafa nail oldu. Sözügedən fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" (MEDİA) publik hüquqi şəxs yaradıldı.
Mətbuat sahəsində yaradılmış ənənələri daha da möhkəmləndirən Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində kütləvi informasiya vasitələrinin fəaliyyətində dövrün çağırışlarından irəli gələn yeni keyfiyyət mərhələsi başladı. Bu addım media sahəsində yüksək rəğbətlə qarşılandı. Çünki hər kəs mediada, xüsusən də mediaya dəstək sahəsində ciddi islahatlara ehtiyac duyurdu. Media haqqında qanun Azərbaycanda təkcə çap mətbuatı deyil, elektron medianın, eyni zamanda, gələcəkdə internet televiziyaların tənzimlənməsində mühüm rol oynayacaqdı. Qanun layihəsi jurnalistlərin statusu, ümumiyyətlə, redaksiyaların statusu və bir çox digər məsələləri özündə əks etdirirdi. Media Reyestrinin yaradılmasında əsas məqsəd media subyektlərinin sayının müəyyənləşdirilməsi idi. Bununla da, media subyektlərinin və onların işçilərinin hüquqlarının müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır.
Aidə Əliyeva
Xəzər rayonu, 123 №li məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB