Azərbaycan cəmiyyətinin inkişafına öz töhfəsini verən milli mətbuat tarix boyu maarifləndirmədə,milli düşüncəsinin formalaşmasında mühüm rol oynayıb.Ötən əsrin sonlarında Azərbaycanı müstəqilliyə aparan yolda da mətbuat fəal iştirak edib,dövlət müstəqilliyini bərpa etdikdən sonra isə demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf yolu kemib.Ümummilli lider Heydər Əliyevin Fərmanı əsasında 1998-ci il avqustun 6-da senzuranın ləğvi isə milli mətbuatın inkişafında yeni mərhələnin əsasını qoyub.
Mətbuat sahəsində yaradılmış ənənələri daha da möhkəmləndirən Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində isə kütləvi infornasiya vasitələrinin fəaliyyətində dövrün çağırışlarından irəli gələn yeni keyfiyyət mərhələsi başladı.Bu dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçib,ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması,xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyət göstərib.
Vətən müharibəsindən sonra ölkəmizdə dövlət-cəmiyyət,dövlət-media,media-cəmiyyət münasibətlərində də yaranmış yeni reallıqlar bu sahənin qanunvericilik bazasının yenilnməsinə də böyük tələbat yaratmışdı.Azərbaycanda 1999-cu ildə qəbul olunmuş və hazlrda qüvvədə olan “KİV haqqında “qanun bu günə kimi 79 dəfə dəyişdirilib və müasir çağırışlarla uzlaşmır.
Ölkə başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı fərmanla Prezident yanında KİV-nin inkişafına Dövlət Dəstəyi Fondunun bazasında media sahəsində əsaslı inkişafa nail olunmasına dəstək olacaq,media subyektlərinin bütün sahələrinin əhatə edəcək yeni qurum-Medianın İnkişafı Agentliyi yaradılmışdır.
Vahid Mütəllimov, Masallı rayonu Güllütəpə kənd sakini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB