Şairə "Qızıl Qələm" mükafatı təqdim edilib

Şairə "Qızıl Qələm" mükafatı təqdim edilib

Əslən Biləsuvardan olan şair Səlamət Biləsuvarlı 44 günlük Vətən müharibəsi zamanı vətənpərvər mövzusundakı şeirləri ilə tanınıb. Şair 44 günlük Vətən müharibəsi ərəfəsində “Azərbaycan əsgəri”, “Şanlı Ordu”, “İgid Əsgər” adlı videoçarxlar hazırlayıb. Həmin videoçarx efirlərdə nümayiş olunub. Bundan əlavə anım günlərində, ad günlərində şəhid ailələri ilə qazilərlə mütəmad olaraq görüş keçirib. Xüsusilə məktəblərdə keçirilən hərbi vətənpərvərlik tədbirlərində şeirlərlə çıxış edib.

Bu gün isə şair Səlamət Biləsuvarlı "Səs" qəzetinin redaksiyasında qonaq olub. SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev və yaradıcı heyətlə görüşən şair Səlamət Biləsuvarlıya qurumun rəhbəri tərəfindən "Qızıl Qələm" mükafatı təqdim edilib.

Sonda xatirə şəkili çəkilib.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə