AQTA qida zəhərlənmələri ilə bağlı əhaliyə müraciət edib

AQTA qida zəhərlənmələri ilə bağlı əhaliyə müraciət edib

Qida Təhlükəsizliyi Agentliyi qida zəhərlənmələrinə qarşı nələrə diqqət edilməli olduğu ilə bağlı əhaliyə müraciət edib.

SİA xəbər verir ki, diqqət edilməli olan məqamlar aşağıdakılardır:

- İstifadə müddəti bitmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları qəbul etməmək;

- Pasterizə olunmamış süd və süd məhsullarından istifadə etmək;

- Qutusu zədələnmiş və ya qapağı boşalmış konservləri istehlak etməmək;

- Meyvə-tərəvəzi axar ilıq su ilə yaxşı yuduqdan sonra istehlak etmək;

- Ət, toyuq, balıq məhsullarını və südü uyğun müddətdə və temperaturda bişirmək;

- Yeməkləri günlük olaraq hazırlayıb, artıq qalanını isə bir dəfədən çox isitməmək;

- Yemək hazırlayıb bişirərkən və süfrəyə təqdim edərkən şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etmək.

Bütün xəbərlər Facebook səhifəmizdə