AQTA-dan Bakıdakı kütləvi zəhərlənmə ilə bağlı AÇIQLAMA

AQTA-dan Bakıdakı kütləvi zəhərlənmə ilə bağlı AÇIQLAMA

Bakıda dönərdən baş verən kütləvi zəhərlənmə ilə bağlı məsələyə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) münasibət bildirilib.

Agentlikdən bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.

"Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək", - məlumatda qeyd edilir.

Qeyd edək ki, zəhərlənmə hadisəsi paytaxtın Nəsimi rayonu, metronun "28 May" stansiyasının yaxınlığında, "28 Mall" Ticarət Mərkəzinin qarşısındakı dönər evində baş verib.

Səhər saatlarında 8 nəfər zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti orta ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə