20 Yanvarla bağlı unikal kadrlarla zəngin sənədli film - VİDEO

20 Yanvarla bağlı unikal kadrlarla zəngin sənədli film - VİDEO

Sosial Xidmətlər Agentliyi və Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin (YYSİB) birgə layihəsi olan “1990-cı ilin 20 Yanvar qəhrəmanları” sənədli film və silsilə verilişlərimiz 20 yanvar tarixi hadisələrin canlı şahidləri, o inqilabi hadisələrin fəal iştirakçısı və qəhrəmanlıq tariximizin bir çox sirli tərəfləri haqqındadır.

Sənədli-xronoloji kadrlarla, videomateriallarla zəngin vizual məhsullar Azərbaycanın müasir tarixindəki ən parlaq hadisələrin başlanğıcı kimi dəyərləndirilir.

Layihə rəhbəri, YYSİB sədri, tanınmış yazıçı-kulturoloq, aparıcı Aydın Xan Əbilov ilə tariximizə maraqlı tele-ekskurs edən tanınmış şəxslər, ziyalılar, qələm adamları 20 Yanvara qəhrəmanlıq hadisəsi kimi fərqli qiymət verirlər.

1990-cı ilin 20 Yanvar qəhrəmanları sənədli film və 9 proqram – silsilə verilişlər Sosial Xidmətlər Agentliyi tərəfindən maliyyələşir və Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin icra etdiyi müsabiqə çərçivəsində, Yeni Media TV-i və “Axın Media Qrup” MMC-nin texniki-yaradıcı iştirakı ilə çəkilib.

Layihə rəhbəri, baş rejissor: Aydın Xan Əbilov, rejissor MirCamal, operator Ayxan Əbildir

Silsilə verilişlərə bu linkə daxil olaraq baxa bilərsiniz:

www.youtube.com/c/YenimediaTVaz/videos

Bu sənədli film və silsilə verilişlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin elan etdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən 1 sentyabr 2021-ci il tarixindən həyata keçirilən, Yeni Media TV və “Axın” Media Qrup” MMC-nin texniki-yaradıcı dəstəyi ilə icra olunan “20 Yanvar hadisələrinin mahiyyətinin təbliği” müsabiqəsi çərçivəsində hazırlanaraq yayımlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə