Qardaşlığın Zəfəri

2020-ci il xalqımızın, eləcə də dünya azərbaycanlılarının yaddaşına Qələbə ili kimi əbədi həkk olundu.

Qələbə Paradın möhtəşəmliyi. “Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu.

Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Qardaş Türkiyənin dəstəyi, Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. 44 günlük Qələbə müharibəsi. Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. 44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın.

10 dekabr hərbi paradının isə böyük siyasi, mənəvi əhəmiyyəti, eyni zamanda, rəmzi mənası var. Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarını qısa müddətdə, nisbətən az itki ilə geri qaytardı.

Göründüyü kimi, qısa müddətdə Ermənistanın hərbi, siyasi, diplomatik cəbhələrdə üstünlüyünün darmadağın edilməsi və təşəbbüsün ələ alınması əlbəttə, təntənəli hərbi keçidlə qeyd olunmağa layiqdir. Bu, Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünyaya nümayişidir.

Vüsalə İmanova, Masallı şəhər sakini, tələbə

Bütün xəbərlər Facebook səhifəmizdə