Yol Polisi İdarəsi buna görə mükafat aldı - FOTOLAR

Yol Polisi İdarəsi buna görə mükafat aldı - FOTOLAR

8 dekabr tarixində onlayn ictimai nəzarət platforması olan "enezaret.az" yarandığı gündən 6 ay keçməsi münasibətilə yekun hesabat və təltifetmə mərasimi keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə bir çox dövlət qurumlarının nümayəndələri iştirak edib.

Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsini isə ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov təmsil edib. Tədbirdə bildirilib ki, "enezaret.az" platforması üzərindən vətəndaşların ən çox müraciət etdiyi dövlət idarələrindən biri də Bakı Şəhəri Dövlət Yol Polisi idarəsidir. İdarənin məsul şəxsləri də daim platformaya nəzarət edib şikayətləri, uyğunsuzluqları aradan qaldırmağa, təklifləri dəyərləndirməyə çalışır. Bunun üçün də onlara mükafat təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə