Qırğız səfiri Mətbuat Şurasında olub

Bu gün Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev Azərbaycan Mətbuat Şurasında olub.

Qonağı salamlayan MŞ sədri Əflatun Amaşov ona rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Ə.Amaşov Şuranın beynəlxalq media təşkilatları ilə sıx təmaslarından da söz açıb. Bu xüsusda türk dövlətləri və toplumlarının jurnalistləri ilə əlaqələrə toxunub. O bildirib ki, son illər türk dünyasının konsolidasiyası ilə əlaqədar proseslər ölkələrin media orqanlarının da ciddi əməkdaşlığını zərurətə çevirib.

Səfir K.Osmonaliyev Qırğızıstanla Azərbaycanın ikitərəfli və çoxtərəfli əməkdaşlığının ildən-ilə gücləndiyini diqqətə çatdıraraq, prosesə hər iki ölkənin jurnalistlərinin də dəstəyinin vacibliyi üzərində dayanıb.

MŞ İdarə Heyətinin üzvü, Şuranın beynəlxalq əlaqələr komissiyasın rəhbəri Azər Həsrətin də iştirak etdiyi görüşdə Azərbaycanın və Qırğız Respublikasının türk dünyasındakı yeri və rolu ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin səfir Kayrat Osmonaliyev rəhbərlik etdiyi diplomatik missiya tərəfindən Azərbaycan dilində çap olunmuş “Qırğızlar” kitabını Mətbuat Şurasına hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...