Media subyektlərinə 5 il müddətində vergi güzəştləri tətbiq oluna bilər FOTO

Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində iş aparılır.

SİA-nın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bir sıra media subkeytlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.

Ə.İsmayılov bildirib ki, bu istiqamətdə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi ilə görüşlər keçirilib, müzakirələr aparılıb.

O bildirib ki, bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklər olması ilə bağlı sənəd hazırlanıb.

Ə.İsmayılovun sözlərinə görə, sənəd özündə 5 il müddətində media subyektlərinə vergi güzəştlərinin tətbiq olunmasını ehtiva edir: “Media subyektlərinin həm məfəət, həm ƏDV-dən azad edilməsi təklif edilir. Bir sıra nazirliklərin fikirləri var və bu istiqamətdə iş aparılır. Sənəd tam hazır olduqdan sonra müzakirələrə təqdim ediləcək”, deyə Ə.İsmayılov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə