Xəzərdə tapılan insan skeletinin kimə məxsus olduğu müəyyənləşib

Bir neçə gün əvvəl Xəzər dənizindən tapılan insan skeletinin kimə məxsus olduğu müəyyənləşib.

SİA-nın məlumatına görə, skeleti tapılan şəxsin 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov olduğu aydın olub. O, 2015-ci ildə "Neft Daşları" NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza zamanı itkin düşmüş neftçilərdən biridir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı təsdiqləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə